Musa Yaqub yaradıcılığı

Haqqında

Yaqubov Musa Səfiməmməd oğlu

Musa Yaqub 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olmuşdur. Göyçay pedaqoji məktəbini bitirdikdən sonra Tircan kənd orta məktəbində müəllim (1957-1958), Buynuz kənd ibtidai məktəbində müəllim və müdir (1958-1967) işləmişdir. ADU-nun filologiya fakültəsində qiyabi təhsil almışdır (1967-1973). Həmin illərdə Buynuz kənd 8 illik məktəbinin müdiri olmuşdur. Bakıya köçəndən sonra Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda direktor müavini, "Azərbaycan" jurnalında poeziya şöbəsinin müdiri vəzifəsində çalışmışdır (1974-1978). İsmayıllı rayonunda çıxan "Zəhmətkeş" qəzetinin redaktoru olmuşdur (1978-?).

şeirlər

Qoy indidən daş yastığa baş atım

Hansı daşa yazılacaq daş adım

Mən ki, daha gur ömrümü yaşadım,

Bundan sonra nə olacaq, olacaq

 

Nə olacaq, olacaq

Şərin yumruqları sındıran, əzən,

Gəl xeyri zəhmətə salma ikiqat,

Ulu təbiətim, yaman xəsissən,

Yaxşı adamları bir az çox yarat.

Təmizlik suyunda

Aman Allah, vallah burda mən yoxam,

Ünüm gedib yaylaqlara çatırmı?…

Baş götürüb çıxım gedim dağlara,

 Görüm dağlar başımızı qatırmı.

Burda Yoxam

Kitablar

tərəfindən hazırlanmışdır